Menyu

Azərbaycanın Tacikistanla ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur

Operativ Media
Azərbaycanın Tacikistanla ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,55 dəfə artaraq 6,9 milyon ABŞ dollarını üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Ötən ilin ilk rübüylə müqayisədə ixracın həcmi 2,7 dəfə artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə qeydə alınmış 2,3 milyon dollarlıq ixrac göstəricisi 2026-cı ilin müvafiq dövründə 6,2 milyon ABŞ dollarını ötüb.

Bu ilin ilk rübündə ölkənin ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,14 faiz təşkil edib.

Əlaqəli Xəbərlər