Cari ilin yanvar-aprel aylarında vergi daxilolmaları 6 milyard manatdan çox olub
Operativ Media
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
4 ayda vergi daxilolmalarının 5 milyard 360,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,3 % çoxdur.