Menyu

Ərdoğan Trampla danışıb

Operativ Media
Ərdoğan Trampla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, görüş zamanı Ərdoğan Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən hücum cəhdinə görə Trampa keçmiş olsun diləklərini çatdırıb.

Türkiyə lideri baş verənləri demokratiya və mətbuat azadlığına qarşı yönəlmiş qəbuledilməz addım kimi qiymətləndirib, yaralanan təhlükəsizlik əməkdaşına isə tezliklə sağalma arzulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda atışma baş verib. 

ABŞ lideri, vitse-prezident və onların həyat yoldaşları dərhal ərazidən təxliyə olunublar.

Hücuma cəhd edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Əlaqəli Xəbərlər