Menyu

Çexiyanın Baş naziri Azərbaycana yola düşüb

Operativ Media
Çexiyanın Baş naziri Azərbaycana yola düşüb

Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.

Operativ Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan. Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.

Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Əlaqəli Xəbərlər