Menyu

Metronun bütün stansiyalarında sərnişinlərin girişinə məhdudiyyət qoyulub - YENİLƏNİB 3

Operativ Media
Metronun bütün stansiyalarında sərnişinlərin girişinə məhdudiyyət qoyulub - YENİLƏNİB 3

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

"Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.

***

12:57

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

"Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:42

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

"Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:35

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

"Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, ilkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlaqəli Xəbərlər