Menyu

Azərbaycanda sağ qalan İkinci Dünya müharibəsi veteranlarının sayı açıqlanıb

Ayşən Sadıxzadə
Azərbaycanda sağ qalan İkinci Dünya müharibəsi veteranlarının sayı açıqlanıb

"Hazırda ölkə üzrə 13 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var".

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiəsi Fondundan məlumat verilib.

Bildirilib ki, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər. Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. 

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu təbəqədən olan vətəndaşlara birdəfəlik yardım verilməsi barədə Sərəncam imzalanır. 

2025-ci ildə də dövlətimizin başçısı tərəfindən imzalanmış müvafiq Sərəncamla İkinci Dünya müharibəsi iştirakçılarına 2500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 1250 manat birdəfəlik maddi yardım ödənilib.

Bundan başqa, ötən illərdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanların mənzil və avtomobillə təminatı da həyata keçirilib.

Əlaqəli Xəbərlər