Menyu

Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Operativ Media
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Görüş zamanı iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda müttəfiqlik münasibətləri, Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub", məlumatda bildirilib.

Qeyd olunub ki, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər