Şimal-Şərqi Asiya ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb
Operativ Media
Bu ilin yanvar-fevral aylarında Şimal-Şərqi Asiya ölkələrindən (Çin, Yaponiya, Cənubi Koreya və Monqolustan) Azərbaycana 7,6 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 4,6 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 39 faiz, cari ilin yanvar ayına nisbətdə isə 49,1 faiz çoxdur.