Azərbaycan-Yəmən ikitərəfli münasibətləri müzakirə olunub
Operativ Media
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının Baş naziri, Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar naziri Şaya Mohsin Zindani ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, nazirlər siyasi dialoq və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.