Tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq
Operativ Media
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.
Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.