Menyu

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Operativ Media
Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 12,8 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin fevral ayında qeyd edilən regiondan gələnlərin sayı 6,8 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin fevral ayına nisbətdə 5,4 faiz, cari ilin yanvar ayına nisbətdə isə 12 faiz çoxdur.

2026-cı ilin fevral ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Ukrayna

Belarus

Polşa

Moldova

Macarıstan

Çexiya

Litva

Rumıniya

Serbiya

Slovakiya

Əlaqəli Xəbərlər