Menyu

“Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib

Operativ Media
“Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib

Aprelin 14-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, tanınmış memarlar, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” mövzusuna həsr olunmuş foto-sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndərin şəhərsalma və memarlıq ənənələrinin qorunub inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq, müasir Azərbaycanın şəhərsalma və memarlıq sahəsinin inkişafında Heydər Əliyevin müstəsna rolundan bəhs edib. O qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, tarixən formalaşmış şəhərlərin və şəhərsalma strukturlarının qorunması istiqamətində mühüm qərarlar qəbul olunub, memarlıq abidələrinin bərpası üzrə ardıcıl və planlı işlər həyata keçirilib. 

Daha sonra çıxış edən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sistemli xarakter alıb. Həmçinin Bakı şəhərinin inkişafı planlaşdırma prinsipləri əsasında həyata keçirilməyə başlanılıb, paytaxtın Baş Planının yenilənməsi, ərazilərin funksional zonalara bölünməsi, yeni yaşayış massivlərinin salınması və mühəndis-kommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, bu gün həmin strateji kurs İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir, tarix-memarlıq irsinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Read Qasımov bildirib ki, bu gün qarşıda duran əsas vəzifə şəhərləri həm tarixi kimliyini qoruyan, həm də müasir urbanistik tələblərə cavab verən dayanıqlı yaşayış mühitinə çevirməkdən ibarətdir.

Milli Məclisin deputatları Könül Nurullayeva, Aydın Hüseynov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Sabir Məmmədov öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin memarlıq irsinin Azərbaycan xalqının tarixi yaddaşının, mədəni identikliyinin və milli dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib, bu irsin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Əlaqəli Xəbərlər