Menyu

Musiqi və rəssamlıq sahələri üçün sertifikasiya meyarlarının hazırlanması təklif olunub

Operativ Media
Musiqi və rəssamlıq sahələri üçün sertifikasiya meyarlarının hazırlanması təklif olunub

Azərbaycanda musiqi və rəssamlıq sahələri üçün ayrıca sertifikasiya meyarlarının hazırlanması təklif olunub.

Operativ Media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki müəllimlərin sertifikasiya imtahanı üçün keyfiyyətli sual bazasının hazırlanması, mütəxəssislərin yetişdirilməsini və güclü rəqəmsal sistemin qurulması vacibdir:

"İlkin mərhələdə pilot layihənin tətbiqini və nəticələrə əsasən təkmilləşdirmələrin aparılması önəmlidir. Eyni zamanda motivasiyanın artırılması da vacibdir. Hesab edirəm ki, uğurlu nəticə göstərən müəllimlərə topladıqları nəticələrə uyğun disserensial əməkhaqqı əlavəsinin verilməsini, karyera yüksəlişində üstünlük tətbiq olunmasını və sertifikasiya nəticələrinin işə qəbul və təyinat zamanı əsas meyar kimi istifadə edilməsini təmin etmək də vacibdir".

V.Qafarov bildirib ki, sertifikatlaşdırma işdən çıxarma vasitəsinə deyil, peşəkar inkişaf alətinə çevrilməlidir:

"Musiqi, incəsənət və rəssamlıq sahələri üçün ayrıca meyarların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir. Hesab edirəm ki, bu dəyişikliklər həyata keçirilərsə, təhsilin keyfiyyəti yüksələcək, müəllimlərin peşəkar inkişafı güclənəcək və dövlət vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Əlaqəli Xəbərlər