Menyu

Nazir müavini: Azərbaycanda 1,3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb

Şəfa Hüseynli
Nazir müavini: Azərbaycanda 1,3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb

"Son 20 ildə Azərbaycan təhsilindəki məsələlərdə, yəni dinamika və islahatlar baxımından ciddi dəyişikliklər baş verib".

Operativ Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

"Bu zaman ərzində 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Təhsil infrastrukturunun 90 faizi yenilənib, 1,3 milyon şagirdin sağlam və müasir şəraitdə təhsil alması təmin edilib. Eyni zamanda 80 mindən çox müəllim sertifikatlaşdırmadan keçib. Qəbul nəticələrində də müsbət dinamika müşahidə olunur. Bundan başqa, peşə təhsili sahəsində də müasir infrastruktur yaradılıb və bu istiqamətdə yenilənmə prosesi davam edir", - o, qeyd edib.

Əlaqəli Xəbərlər