Menyu

Ekspert: Bu il Novruzda Azərbaycana turist axını zəifləyəcək

Ayşən Sadıxzadə
Ekspert: Bu il Novruzda Azərbaycana turist axını zəifləyəcək

“Hazırda dünyada müşahidə olunan geosiyasi gərginlik Azərbaycan turizm sektoruna da təsirsiz ötüşməyib. Hər il Novruz bayramı ərəfəsində dünyanın müxtəlif ölkələrindən, xüsusilə İran və Körfəz ölkələrindən Azərbaycana xeyli sayda turist gəlirdi. Lakin bu il vəziyyət fərqlidir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, regionda baş verən hadisələr, xüsusilə İranın hava məkanının bağlı olması, Körfəz ölkələrindən gələn turistlərin səfərlərində ciddi çətinliklər yaradır:

“Eyni zamanda, Asiya ölkələrindən Azərbaycana həyata keçirilən bəzi reyslərin İran hava məkanından keçdiyini nəzərə alsaq, mövcud məhdudiyyətlərin ümumi turizm axınına təsiri qaçılmazdır.

Nəticədə, bu il turist sayında müəyyən azalma müşahidə olunur və Novruz dövründə daxili turizmdə əsas payın yerli turistlərin üzərinə düşəcəyi gözlənilir. Ən çox tələbatın ənənəvi istiqamətlər – Şəki–Qax–Zaqatala–Balakən zonası, Quba–Qusar bölgəsi və Cənub regionu üzrə olacağı proqnozlaşdırılır.

Ümumilikdə, geosiyasi vəziyyət xarici turist axınına təsir göstərməkdə davam edir. Ümid olunur ki, yaxın zamanda vəziyyət sabitləşəcək və növbəti illərdə həm bayram günlərində, həm də ümumilikdə Azərbaycan turizminə maraq yenidən artacaq. Eyni zamanda, daxili turizmin inkişafı baxımından bu dövr yeni imkanlar da yarada bilər”.


Əlaqəli Xəbərlər