Menyu

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirindən kənarlaşdırıldı

Operativ Media
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirindən kənarlaşdırıldı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.

O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər