Azərbaycan millisinin Avropa Çempionatındakı rəqibləri bəlli oldu
Operativ Media
Azərbaycan minifutbol millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub.
Operativ Media xəbər verir ki, bu ilin 27 may – 4 iyun tarixləri arasında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qitə birinciliyində yığmamız F qrupunda mübarizə aparacaq. Həm dünya, həm də Avropa çempionu titulunu daşıyan komandamızın qrup mərhələsindəki rəqibləri Fransa, İtaliya və Avstriya seçmələri olacaq.
Qeyd edək ki, turnirin püşkatma nəticələrinə əsasən F qrupunun tam heyəti aşağıdakı kimidir:
Azərbaycan
Fransa
İtaliya
Avstriya
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma