Rəşad Sadıqov: "Çox vacib və dəyərli qələbə qazandıq"
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları start götürüb.
Operativ Media xəbər verir ki, günün son matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. “Liv Bona Dea Arena”da təşkil edilən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.
Oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:
"Çox vacib və dəyərli bir qələbə qazandıq. Futbolçularıma meydanda göstərdikləri əzmkarlığa və sona qədər mübarizə aparmalarına görə təşəkkür edirəm. Hər iki komanda yaxşı oyun sərgilədi və meydanda gərgin mübarizə getdi. Qarşılaşmada təxminən eyni səviyyədə olan, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda üz-üzə gəlmişdi. Bu oyunda əsas məsələ sonadək intizamı qorumaq və yaranan fürsətlərdən maksimum yararlanaraq qalib gəlmək idi. Şükürlər olsun ki, istəyimizə çatdıq və vacib üç xalı qazandıq. İndi isə qarşıda bizi "Sumqayıt"la önəmli kubok oyunu gözləyir. Bütün diqqətimizi və hazırlığımızı həmin matça yönəltməliyik. Daha sonra isə çempionatın üçüncü dövrəsinin hazırlıqlarına start verəcəyik".