Menyu

Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub

Operativ Media
Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub

“Microsoft” şirkətinin və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi onların öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir.

Operativ Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, “Rəqəmsal məktəb” platformasında təqdim edilən bu köməkçi fərdiləşdirilmiş öyrənmə dəstəyi verir və yerli təhsil ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Vüsal Xanlarov qeyd edib ki, bu texnologiya rəqəmsal təhsil mühitinin yaradılmasına, rəqəmsal bacarıqların inkişafına, rəqəmsal savadlılığa, adaptiv öyrənməyə və fərdiləşdirilmiş tədrisə imkan verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər