"Zirə"nin hücumçusu 100-cü oyununa çıxıb
Operativ Media
Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.
Operativ Media xəbər verir ki, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.
Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.
Qeyd edək ki, Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net