Menyu

"Şəfa" qambiyalı müdafiəçi ilə gücləndi

Operativ Media
"Şəfa" qambiyalı müdafiəçi ilə gücləndi

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.

Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveç “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib. 

Maudo Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər