Ana səhifə / Mədəniyyət / Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub 14.02.2026, 16:06 Operativ Media Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.