Menyu

"Bavariya" "Feyenord"un 19 yaşlı futbolçusunu istəyir

Operativ Media
"Bavariya" "Feyenord"un 19 yaşlı futbolçusunu istəyir

“Bavariya” “Feyenoord”un futbolçusu Civayro Ridi komandasında görmək istəyir.

Operativ Media  xəbər verir ki, Münhen klubu Niderland U-21 yığmasının müdafiəçisini transfer etmək üçün danışıqlara başlayıb. Rid “Bavariya”nın cinah müdafiəçisi mövqeyi üçün əsas namizədlərindən biri sayılır.

Rid uğrunda mübarizədə “Bavariya”ya bir neçə Premyer Liqa klubu ciddi rəqabət yaradır. 19 yaşlı futbolçunun “Feyenoord”la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2025/26 mövsümündə Civayro Rid Ərədivizidə keçirdiyi 9 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər