Menyu

Sabunçuda zibil qutuları yanıb, alov avtomobillərə keçib

Operativ Media
Sabunçuda zibil qutuları yanıb, alov avtomobillərə keçib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sanunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş "AUDİ" markalı minik avtomobilinin arxa yük hissəsi, "NİSSAN" və "FORD" markalı minik avtomobillərinin arxa bamperi, "FORD" markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər