"Tottenhem" Solankeni satmaq istəyir
Əziz Əzizli
"Tottenhem" yanvar transfer pəncərəsində hücumçu Dominik Solankeyə əvəzləyici tapa bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Football İnsider" məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı ingilis "Tottenhem"in baş məşqçisi Tomas Frankı heyran edə bilməyib. Bu qərarda futbolçunun tez-tez zədələnməsi də rol oynayıb.
Solanke 2025/26 mövsümündə üç matçda qol vura bilməyib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net