"Zirə"nin futbolçusu 100-ə çatdı
Operativ Media
Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. Yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.
Operativ Media xəbər verir ki, bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net