Azərbaycanlı parataekvandoçu yeni reytinq cədvəlində liderliyini qorudu
Operativ Media
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Operativ Media xəbər verir ki, paralimpiya çempionumuz İmaməddin Xəlilov 662.85 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir.
58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21.60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib, Orxan Cəfərov (80 kq) isə 24.74 xalla 30-cu pillədədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net