"Barselona" Torreslə müqaviləni uzatmaq istəyir
Əziz Əzizli
"Barselona" hücumçu Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu haqda sport.es saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki tərəf tərəfdaşlıqlarını davam etdirməkdə maraqlıdır. 25 yaşlı ispaniyalı dəfələrlə "Barselona"ya sadiq olduğunu bildirib və klub onu hücumameyilli oyunçu kimi qiymətləndirir.
Torres 2022-ci ilin yanvarından "Barselona"da çıxış edir. 2025/26 mövsümündə 10 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net