Menyu

"Atletik" - "Qarabağ" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

Operativ Media
"Atletik" - "Qarabağ" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Operativ Media  UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Iqor Payaç olacaq. Ona yan xətdə Boyan Zobenitsa və İvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 22-də keçirləcək “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər