Azərbaycanın daha 4 karateçisi dünya çempionatına lisenziya qazandı
Operativ Media
Azərbaycanın daha 4 karateçisi gələn ay Misirdə təşkil olunacaq dünya çempionatına lisenziya qazanıblar.
Operativ Media xəbər verir ki, Fransada keçirilən seçim turlarında Roman Heydərovun (kata) ardından, İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bu hüquqa yiyələniblər.
Yığmamız Parisdə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.
Xatırladaq ki, Misirdə dünya çempionatı noyabrın 27-dən 30-dək paytaxt Qahirədə baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net