Azərbaycan cüdoçuları qran-pri turnirində daha 3 medal qazandılar
Əziz Əzizli
Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilir.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə üç Azərbaycan cüdoçusu medal qazanıb.
Rəşid Məmmədəliyev (-73 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Castin Temirə tam üstünlüklə qalib gələrək bürünc medala yiyələnib.
Hidayət Heydərov (-73 kq) final görüşündə Çexiya təmsilçisi Husniddin Karimova ipponla qalib gələrək qızıl medal qazanıb.
Vüsal Qələndərzadə (-81 kq) isə finalda Finlandiya təmsilçisi Eetu İhanamakini ipponla məğlub edərək karyerasında ilk dəfə Dünya Cüdo Turu Seriyasında çempionluq sevinci yaşayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net