Bundesliqa: "Bavariya" "Borussiya Dortmund"u məğlub etdi
Əziz Əzizli
Almaniya Bundesliqasının 7-ci turunda "Bavariya" doğma meydanda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə məğlub edib.
Operativ Media "Bavariya"nın heyətində Harri Keyn (22-ci dəqiqə) və Maykl Olişe (79-cu dəqiqə) fərqlənib. Keyn bütün yarışlar daxil ardıcıl 9-cu matçında da qol vurub.
Qonaqların yeganə qolu Julian Brandt vurub.
"Bavariya" (21 xal) yeddi matçda yeddinci qələbəsini qazanıb və Bundesliqada liderliyini qoruyub. “Borussiya” (14) turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net