Menyu

"Karvan-Yevlax"ın baş məşqçisi: Stadionumuz hazır olsaydı, 10-11 xalımız olardı

Əziz Əzizli
"Karvan-Yevlax"ın baş məşqçisi: Stadionumuz hazır olsaydı, 10-11 xalımız olardı

“Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Operativ Media  xəbər verir ki, o, 1:4 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

“Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. “Sumqayıt”ı təbrik edirəm. Növbəti turda “Turan Tovuz”la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi, asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq. Qolların 70-80 faizini standart vəziyyətlərdən buraxmışıq. Futbolçuların fərdi keyfiyyətlərindən asılı olan bir şeydir. Təhlillər etsək də, hardasa boşluq buraxırıq. Stadionumuz hazır olsaydı, bu gün bizim 5 yox, 10-11 xalımız olardı. Biz məşqçiyik, bizdən asılı olan məsələ deyil”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər