Menyu

“Vüqar Həşimov” komandası Avropa Kubokunda Azərbaycanı təmsil edəcək

Əziz Əzizli
“Vüqar Həşimov” komandası Avropa Kubokunda Azərbaycanı təmsil edəcək

Oktyabrın 19-da Yunanıstanın Rodos adasında şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək. 

Operativ Media xəbər verir ki, mötəbər yarışda Azərbaycan “Vüqar Həşimov” komandasıyla təmsil olunacaq. Komandanın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı şahmatçı Kazıbek Noqerbek çıxış edəcək. “Vüqar Həşimov” komandasının kapitanı Sərxan Həşimovdu. 

Avropa Kubokunda digər azərbaycanlı şahmatçılar da mübarizə aparacaq. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov Türkiyənin “Bayedak Pendik”, Ülviyyə Fətəliyeva Rumıniyanın “SuperChess”, Gövhər Beydullayeva isə Serbiyanın “Sirmium Sremska Mitroviça” klubunun heyətində yarışacaq. Yeniyetmə şahmatçımız Xaqan Əhməd “Turkish Airlines” klubunun şərəfini qoruyacaq. 

Avropa Kuboku oktyabrın 25-də yekunlaşacaq. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər