AFFA-nın əməkdaşları UEFA-nın seminarına qatılıblar
Əziz Əzizli
Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolda idarəçilik” mövzusunda seminar keçirilir.
Operativ Media xəbər verir ki, 20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer Adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) qatıldığı seminarda AFFA əməkdaşları – Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov iştirak edirlər.
Tədbir oktyabrın 16-dək davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net