Menyu

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış etdilər

Əziz Əzizli
Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış etdilər

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib. 

Operativ Media xəbər verir ki, tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub. Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb. 

Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub. 

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər