Ana səhifə / İdman / Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı 10.10.2025, 11:56 Əziz Əzizli DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Fransa ilə üz-üzə gələcək Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib. Operativ Media xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçda üç oyunçunu heyətə daxil etməyib. Bugünkü qarşılaşmada “Sumqayıt”dan Səbuhi Abdullazadə, “Zirə”dən İsmayıl İbrahimli və Ceyhun Nuriyev meydana çıxmayacaq. Qeyd edək ki, bu gün keçiriləcək Fransa – Azərbaycan oyunu saat 22:45-də başlayacaq. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor