Menyu

Azərbaycan və Küveyt enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və Küveyt enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri öz "X" hesabında paylaşım edib.

"Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyini məmnunluqla vurğuladıq.

Neft emalı layihələrinin həyata keçirilməsi, neft-qaz məhsullarının ticarəti, həmçinin ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq imkanlarını və perspektivlərini dəyərləndirdik.

Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyat-a keçiddə resursların səmərəli idarə edilməsi barədə fikirlərimizi bölüşdük", - paylaşımda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər