Reşford "Mançester Yunayted"ə qayıtmaq istəmir
Əziz Əzizli
Hüquqları “Mançester Yunayted”ə məxsus olan “Barselona”nın hücumçusu Markus Reşford İngiltərə komandasına qayıtmaq niyyətində deyil.
Operativ Media xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu karyerasını “Barselona”da davam etdirməyi planlaşdırır. İspaniya klubu daimi müqavilə imzalamağa hazırdır. Transfer 2026-cı ilin yayında, onun icarə müqaviləsi başa çatanda tamamlana bilər.
İnsayder Fabrizio Romano da Rashfordun kataloniyalılarda oynamağa davam etmək istədiyini bildirdi.
İngilis 2025-ci ilin iyulunda "Barselona"ya keçib. 2025/26 mövsümündə bütün yarışlarda 10 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net