"Turan Tovuz" klubu doğma meydanına nə vaxt qayıdır?
Əziz Əzizli
“Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa ilə işləri ilə tanış olub.
Operativ Media xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, təbii ot örtüklü meydançanın oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net