III MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək
Şəfa Hüseynli
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində 4 idman növü üzrə yarışlar keçiriləcək.
Operativ Media xəbər verir ki, Şəkidə çövkən üzrə final matçında Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.
Bu şəhərdə bədii gimnastika yarışı da keçiriləcək.
Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışın medalçıları bəlli olacaq.
Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net