MDB Oyunları: Azərbaycan millisi gümüş medal qazandı
Əziz Əzizli
Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına yekun vurulub.
Operativ Media xəbər verir ki, qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda millimiz Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus turniri üçüncü pillədə başa vurub.
Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net