Menyu

Andrey Lunyov: "Qarabağ" öz oyun fəlsəfəsindən dönmür

Əziz Əzizli
Andrey Lunyov: "Qarabağ" öz oyun fəlsəfəsindən dönmür

“Yəqin ki, bu, mənim ən uğursuz mövsümlərimdən biridir”.

Operativ Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunun şərəfini qoruyan Andrey Lunyov deyib. O, özünün bu mövsüm Rusiya Premyer Liqasında geridə qalan 11 turdakı oyununu “RB Sport” saytına şərh edib.

 “Xeyli səhvlər, qeyri-dəqiqliklər oldu. Hər şey istədiyim kimi getmir”.

“Dinamo”ya qədər hazırda Çempionlar Liqasında səs salan “Qarabağ”da oynayırdınız. Onların oyununu necə qiymətləndirirsiniz?” sualına cavab olaraq Lunyov deyib:

“Tam gözlənilən nəticədir. Afərin onlara. Öz oyun fəlsəfələrindən dönmürlər və bu da nəticə verir”.

Xatırladaq ki, Andrey Lunyov 2023/24 mövsümündə “Qarabağ”da çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər