MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar təşkil olunacaq
Əziz Əzizli
Bu gün Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında 8 idman növü üzrə yarışlar təşkil olunacaq.
Operativ Media xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda Qazaxıstan və Qırğızıstan komandaları arasında görüş olacaq. Burada, həmçinin bədii gimnastika üzrə yarışlar başlayacaq.
Gəncə İdman Sarayında isə voleybol və güllə atıcılığında mükafatçılar müəyyənləşəcək. Eyni zamanda, qılıncoynatma yarışları da davam edəcək. Şəhərdə basketbolun 3x3 növü üzrə medalçılar bəlli olacaq.
Mingəçevirdə isə kayak və kaneo üzrə finallar reallaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net