"Kopenhagen"in müdafiəçisi: "İlk hissədə "Qarabağ"la ayaqlaşa bilmədik"
Əziz Əzizli
"Kopenhagen"in müdafiəçisi Lukas Lerager Çempionlar Liqasının 2-ci turunun "Qarabağ"a qarşı Bakıda keçirilmiş oyunundan danışıb.
Operativ Media "Campo"ya istinadən xəbər verir ki, Danimarka klubunun 32 yaşlı futbolçusu paytaxtımızdakı məğlubiyyətə görə məyus olduğunu gizlətməyib:
"İlk hissədə "Qarabağ"la ayaqlaşa bilmədik. Həqiqətən hər şey pis vəziyyətdə idi. Fasilədə hər şeyi dəyişdik və heyətimizdə müəyyən yerdəyişmələr də etdik. İkinci hissədə üstün olduq, amma onlar bir əks-hücum keçirib matçı başa vurdular. Bu, əsl biabırçılıqdır. İlk hissədəki çıxışımızı tənqid etmək lazımdı. Sadəcə bu, oynamalı olduğumuz səviyyədir. Təəssüf ki, qol şanslarımız olsa da, onlardan istifadə edə bilmədik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net