Menyu

Emmanuel Addainin qolu ən yaxşı seçildi - VİDEO

Əziz Əzizli
Emmanuel Addainin qolu ən yaxşı seçildi - VİDEO

"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına layiq görülüb

Operativ Media xəbər verir ki, bu, azarkeşlərin səsverməsinə əsasən, mümkün olub.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard "köhlən atlar"ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər