UEFA reytinqi: "Qarabağ" 4 pillə irəlilədi
Əziz Əzizli
“Qarabağ” UEFA-nın reytinq cədvəlində yerini daha da gücləndirib.
Operativ Media xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının 2-ci turunda evdə “Kopenhagen”ə (Danimarka) qalib gəlməsi (2:0) sayəsində mümkün olub. UEFA-nın saytında açıqlanan reytinqdə Qurban Qurbanovun komandası daha 4 pillə irəliləməyə nail olub. Onlar 55-ci yerdən 51-ci pilləyə qalxıblar.
“Qarabağ”ın ehtiyatında hazırda 31,000 əmsal var. Reytinqə “Real” başçılıq edir (127,500).
Milli assosiasiyaların reytinqində isə Azərbaycan əmsalını 22,000-ə çatdırıb. Hazırda ölkəmiz əvvəlkitək 25-ci pillədədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net