Menyu

Emal edilməmiş metalların istehsalı 40 faizədək artıb

Şəfa Hüseynli
Emal edilməmiş metalların istehsalı 40 faizədək artıb

Bu ilin yanvar-avqust aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 23,4 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 39,3 faiz və ya 6,6 min ton artıb.

Cari ilin iyul ayı ilə müqayisədə avqustda istehsal həcmində 2,6 faiz artım qeydə alınıb. Avqust ayında 4 min ton emal edilməmiş metallar istehsal olunub. Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 8,6 min ton təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər