MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
Şəfa Hüseynli
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
Operativ Media xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.
Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.
Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net