Menyu

Şahmat Federasiyasının təşkilatçılığı ilə gənclər üçün “ustad dərsi” keçirilib

Əziz Əzizli
Şahmat Federasiyasının təşkilatçılığı ilə gənclər üçün “ustad dərsi” keçirilib

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi" keçirilib.

Operativ Media xəbər verir ki, bu dəfə 14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılarımız üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüb.

Mötəbər yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Rauf Məmmədov Azərbaycan millisinin heyətində yer alıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər